İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı Avropa İttifaqını BELƏ TƏRİFLƏDİ 

“Avropa İttifaqı və Rusiya ilə Belarusun qurduğu “İttifaq dövləti” bir çox cəhətdən sadəcə müqayisə olunmaz qurumlardır”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Sona Kazaryan deyib.

Erməni deputat bununla Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ölkənin İttifaq dövlətinə daxil ola bləcəyi ilə bağlı bəyanatını tənqid edib.

Kazaryan bununla bağlı Köçəryanın mövqeyini müdafiə edən müxalifətçi həmkarlarına da sərt təpki göstərib. Onun fikrincə, “İttifaq dövləti”ndən fərqli olaraq Avropa İttifaqı ölkələri bir-birinə hörmətlə yanaşır. Onlar bir-birinin müstəqilliyini, suverenliyini, dövlətçiliyini nəzərə alırlar.

Erməni deputatın məntiqinə görə, Rusiya və Belarusun anlayışında bütün bunlar yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR