İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Sərhəddəki gərginlikdən DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, Ermənistan diplomatik kanallar vasitəsilə bəzi məlumatlar alıb və hazırda bu məlumatları ciddi şəkildə araşdırır, məqsəd isə vəziyyəti daha dəqiq başa düşməkdir.

Paşinyan həmçinin vəziyyətin tam açıqlanması üçün bu məlumatların təhlilinin davam etdiyini qeyd edib.

Paşinyan tərəflərdən heç birinin eskalasiya niyyətini bəyan etmədiyinə diqqət çəkib. O, bu yanaşmanı düzgün və sülh gündəliyinin məntiqinə uyğun hesab edib.

Onu da bildirək ki, ermənilər son zamanlar atəşkəsi pozur, sülh danışıqlarına əngəl olur, gərginlik yaratmaqla məşğuldurlar. 



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR