 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli formatın — yəni Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin iştirakı ilə aparılan danışıqların faktiki olaraq dayandığını bəyan edib.
“Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə formalaşmış üçtərəfli mexanizm faktiki olaraq işləmir. Səbəblər açıqdır: fikir ayrılıqları, praktiki problemlər və qarşılıqlı etimadsızlıq. Reallıq bundan ibarətdir”, – deyə Paşinyan bildirib.
Musavat.com bildirir ki, bu mexanizm postmüharibə dövründə nəqliyyat-kommunikasiya xətlərinin açılması və bölgədə əlaqələrin normallaşdırılması məqsədilə yaradılmışdı. Paşinyanın bu açıqlaması isə prosesin tam iflic olduğunu təsdiqləyir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ