İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada ölən müğənni haqqında yeni faktlar aşkarlandı

Yol qəzası nəticəsində vəfat edən müğənni Vlada Axundova haqqında yeni faktlar üzə çıxıb.

Musavat.com Yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı müsiqi ilə yanaşı, bizneslə də məşğul imiş.

O, fotosessiya, videoçəkiliş və s. fəaliyyətlə məşğul olan "Kismish agency"in direktoru vəzifəsini icra edirmiş. 

Vlada Axundova restoranın sosial media hesabında reklam və yemək fotolarını paylaşmağı da diqqətdə saxlayırmış.

Xatırladaq ki, Dövlət Bayrağı Meydanı yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Seyfulla Mehdizadənin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada - 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub.

Axundova aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Müğənni olan V.Axundova bir sıra musiqi müsabiqələrində, eləcə də "Səs Azərbaycan" yarışmasında iştirak edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR