İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İlham Əliyevə təşəkkür etdi: Bu, olduqca mühüm addımdır"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Musavat.com xəbər verir ki, Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması çox mühüm bəyanatdır.

“Bu, son dərəcə vacib addımdır və mən Azərbaycan prezidentinə bu qərarına görə minnətdarlığımı bildirirəm. Həmçinin bu razılaşmanın əldə edilməsindəki rollarına görə Qazaxıstan prezidentinə və Gürcüstanın baş nazirinə də təşəkkür edirəm,” – deyə Paşinyan bildirib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR