İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistan konstitusiyasından Qarabağı çıxarır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına dəyişiklik təklifini referendum yolu ilə irəli sürməyi planlaşdırır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu dəyişiklik sənədin preambulasında Azərbaycanın ərazilərinə iddialar əks olunan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını nəzərdə tutur.

Onun yerinə Paşinyanın müəllifi olduğu "Real Ermənistan" layihəsi təqdim ediləcək. Bu barədə "Graparak" qəzeti hakim "Vətəndaş Müqaviləsi" partiyasındakı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Paşinyan bu planı geniş siyasi dəstək olmadan da qəti şəkildə həyata keçirmək niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR