İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris Aİ-nin Ermənistan missiyasında iştirak etməyə hazırdır - fransız nazir reaksiya verdi

Fransa Avropa İttifaqının Ermənistandakı yeni mülki missiyasında iştirak etməyə hazırdır.

Musavat.com bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna “Twitter” səhifəsində yazıb. “Bu, çox mühüm qərardır və Fransa bu Avropa missiyasında iştirak etməkdən məmnun olacaq”-nazir əlavə edib.

Qeyd edək ki, Aİ Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. İddia olunub ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam və Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit yaratmaqdır. EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandanı EEAS-ın Mülki Planlaşdırma və İcra üzrə idarəedici direktoru Stefano Tomat olacaq. Sahə əməliyyatlarına cavabdeh olan missiyanın rəhbəri yaxın vaxtlarda təyin olunacaq.

Artıq rəsmi Bakı missiyanın göndərilməsi qərarına münasibətini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR