İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəklər Türküstanda və ya Çimkənddə konsulluq açılmasını xahiş edirlər

Özbək və qazax diasporunun nümayəndələri Özbəkistanın hakimiyyət orqanlarına müraciət ediblər. Musavat.com Podrobno.az saytına istinadla xəbər verir ki, onlar Türküstanda və ya Çimkənddə Özbəkistanın konsulluğunun açılmasını xahiş edirlər.

Bu, özbəklərin sərhədi keçməsini xeyli asanlaşdıracaq və bununla da qeyri-qanuni mühacir axını azalacaq.

Bildirilir ki, Qazaxıstanın sərhədyanı rayonlarında sərhədi keçmək üçün pul qoparan iri cinayətkar qruplar fəaliyyət göstərir.

Xəbəri yayan saytın redaksiyasına Qazaxıstanda çalışan özbəklərdən, eləcə də Türküstan bölgəsindən qazaxıstanlılardan məktub daxil olub.

Özbəkistanın Xarici İşlər Nazirliyinə ünvanlanan məktubda qeyd olunur ki, sərhədyanı ərazilərdə vəziyyət gərginləşir, cinayətlərin, xüsusən də onun mütəşəkkil formalarının artması müşahidə olunur. Sərhəd bölgələrində insan hüquqları tez-tez pozulur. Ona görə də vətəndaşların şəxsi təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görmək lazımdır.

Məktubda bildirilir: “Sərhəd bölgəsinin kriminal dairələrlə əlaqəsi olan yerli sakinlər Qazaxıstanın miqrasiya qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyəti barədə yanlış məlumatlar verir, qanun pozuntusuna yol vermiş əcnəbilərə hədə-qorxu gəlir, onlara dövlət sərhədindən Qazaxıstandan Özbəkistana keçmək üçün buraxılış məntəqələrindən yan ötməyi təklif edirlər. Onlar bu xidmətə görə pul alırlar. Beləliklə, Özbəkistan vətəndaşlarının əksəriyyəti sərhədi müəyyən edilmiş keçid məntəqələrindən yan keçərək keçməyə razılaşır və bununla da vəziyyəti daha da gərginləşdirir”, - məktubda deyilir.

Mətbuat yazır ki, Türküstan vilayətində belə vəziyyətə düşən əcnəbilər arasında aparılan sorğu göstərir ki, miqrasiya qanunvericiliyini pozanların əksəriyyəti Özbəkistanın səfirliyinin (Astana) və ya konsulluğunun (Almatı) uzaq olmasından şikayətlənir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR