Onlayn ictimai-siyasi qəzet
Bakıda 1ci sinfə gedən uşaqları məktəbə Ahıllar evinin sakinləri aparıb.
Musavat.com xəbər verir ki, sözügedən fotolar sosial mediada yayılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 uşaq bu gün birinci sinfə gedib.
Birinci sinfə gedənləri sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət ediblər.
Nigar HƏSƏNLİ,
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ