Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder İlon Maskın Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifədən uzaqlaşdırılması məsələsini yaxın çevrəsi ilə müzakirə etdiyi bildirilir.
Musavat.com "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Mask bu məsələni 2029-cu ilin avqustundan gec olmayaraq keçiriləcək növbəti ümumi seçkilərə qədər həyata keçirmək yollarını araşdırır.
Məlumatlara əsasən, İlon Mask alternativ siyasi hərəkatlardan, xüsusilə sağçı populist “Reform UK” partiyasından istifadə edərək baş nazirin dəyişdirilməsi imkanlarını nəzərdən keçirir.
Bundan əlavə, mənbələr onun partiyanın rəhbərliyində dəyişikliklərə nail olmaq yollarını da öyrənməyə çalışdığını iddia edir.
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ