İnsanlara hürriyət, millətlərə istiqlal!

Buryatiyada yeniyetmələr məmuru vəhşicəsinə döyüblər

Buryatiyanın paytaxtı Ulan-Udedə üç yeniyetmə şəhər merinin müşaviri Dmitri Davıdovu vəhşicəsinə döyərək, onun qabırğalarını, qollarını və ayaqlarını sındırıblar.

Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, məmur ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yanvarın 1-nə keçən gecə Tsıbikova küçəsindəki evlərdən birinin yaxınlığında baş verib. Yerli “Number One” nəşrinin məlumatına görə, 53 yaşlı məmur hələlik açıqlanmayan səbəbdən üç yeniyetmənin hücumuna məruz qalıb.

Faktla bağlı xuliqanlıq və sağlamlığa ağır zərər vurma maddələri ilə cinayət işi başlanıb. Şübhəlilər saxlanılıb, lakin polis və ya İstintaq Komitəsindən hələlik rəsmi açıqlama yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR