Onlayn ictimai-siyasi qəzet
Bacısını qətlə yetirməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. Təqsirləndiriləm Təbriz Qasımov qətli namus üstündə törətdiyini iddia edib.
Musavat.com xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.
Təbriz Qasımov özünü təqsirli bilsə də məhkəmədə ifadə verməkdən imtina edib. Onun qardaşı Bəhmən Qasımov da məhkəmədə şahid kimi ifadə vermək istəməyib.
Məlum olub ki, Bəhmən istintaqda bacısının 3 dəfə ailə həyatı qurduğunu, amma yüngül həyat tərzi keçirdiyini iddia edib.
Onun ifadəsindən məlum olub ki, Təbriz bacısını onların gözü qarşısında öldürüb. Həmin zaman anası da evdə olub.
“Hadisə günü Təhminənin iş yerinə getdim. Onu evə aparmaq istəsəm də müdirinin maşınına minib harasa getdi. Təbriz də bundan xəbər tutdu. Evə gələndə anam irad bildirdi. Təhminə dedi ki, yaxşı edir, öz həyatıdır. Mən mağazadan qayıdanda gördüm ki, Təbriz Təhminəni boğub”- deyə Bəhmən ifadəsinə əlavə edib.
Bildirib ki, nə qədər çalışsa da Təbrizi geri çəkə bilməyib və artıq Təhminənin hərəkətsiz olduğunu görüblər.
Təbriz könüllü olaraq polisə təslim olub.
İ.Muradov,
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ