Onlayn ictimai-siyasi qəzet
Teleaparıcı Rövşanə Ağasəfqızı “German Hospital”da cərrah, mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı doğum gününün qeyd edilməsini tənqid edib.
Musavat.com xəbər verir ki, teleaparıcı fikirlərini sosial media hesabında bölüşüb:
“Həkimə gedəndə təqvimə baxın bundan sonra... Canınızı etibar edəcəyiniz adamın həmin gün doğum günü, toy günü, göbəkkəsdi, xınayaxdı, ciyəraxşamı, sünnət partisi varsa, qəti, qəti həmin tarixə əməliyyat müəyyən eləməyin.
Başı qarışar şam üfürməyə. İnstrumenti zadı qalar bədəninizdə. Gəl, bir ömür yoxlama keçidlərində girinc qal ki, üzərində cikkildəyən nədir. Lazımdır sizə? Xata-baladan bəri başdan uzaq olun. Təqvim var da...”
Könül İbrahim
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ