Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Güney Azərbaycan xalqının qəddar düşməni, 1946-cı illərdə on minlərlə soydaşımızı qətlə yetirən Pəhləvilərin gəlini Yasmin Pəhləvi Bakıdadır. O, İranın sonuncu şahının oğlu Rza Pəhləvinin həyat yoldaşıdır.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə Yasmin Pəhləvinin Bakıda - Xəzər dənizində istirahət etdiyi əks olunub.
Maraqlıdır, Pəhləvilərin gəlinini Bakıya kim dəvət edib?
Sualımıza cavab tapmaq üçün XİN-lə əlaqə saxladıq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Musavat.com-a bildirdi ki, Yasmin Pəhləvinin Bakı səfəri barədə hər hansı məlumatları yoxdur:
“Məsələni araşdırırıq”.
Aytən Novruz
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ