Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Afaq Bəşirqızı məktəb illərindən danışıb.
Aktrisa "Şən gənc" proqramında atası, SSR Xalq artisti Bəşir Səfəroğlunun vəfatını xatırlayaraq, bunları deyib:
"Sənə məktəb illərindən elə şeylərdən danışaram ki, tüklərin biz-biz durar. Çox dəcəl olmuşam. 1969-cu ilin martına qədər. Sonra daha yox... Yorulmuşdum Lütfəli müəllimin ayaqqabılarını oynatmaqdan. Ayağında şiş var idi. Gələn kimi qəzeti salıb, ayağını ora qoyurdu, ayaqqabısını da çıxarırdı. Mən də ayaqqabını çəkirdim özümə tərəf, gedib asırdım birini o taydan, birini bu taydan. Məktəbə komisiya gələndə görürdü iki ədəd cırıq ayaqqabı asılıb. 1969-cu ildə atam öldü və dəcəlliyimə son qoyuldu". (Axşam.az)
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ