Onlayn ictimai-siyasi qəzet
Türk dünyası xəyal deyil, reallıqdır. Biz gücümüzü, bərabərliyimizi və vəhdətimizi qoruyaraq bu reallıqla yaşamalıyıq.
Musavat.com xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.
"Türk Dünyası ölkələrinin bir-biri ilə ortaq layihələr həyata keçirməsi gücümüzə güc qatır. Turana gedən yol Türk dünyası ölkələrinin həmrəyliyindən keçir. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərdiyi 4 il ərzində Türk dünyasının qeyri-hökumət təşkilatları ilə müxtəlif layihələr həyata keçirilib. COP29 günlərində də Türk dünyası ölkələri Yaşıl Zonada aktiv şəkildə fəaliyyət göstərib. Türk dünyasının birlik göstərməsi bölgədə sülhü bərqərar edə bilər", - o əlavə edib.
Nigar HƏSƏNLİ
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ