İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda uzaqdan verilən salam davaya səbəb oldu

Restoranda sərxoş tanışlar arasında dava düşüb. Davaya səbəb birinin digərinə uzaqdan salam verməsi olub.

Musavat.com-un xəbərinə görə, hadisə Astara rayonu, Çayoba kəndində yerləşən “Ümid” restoranında baş verib.

Nail restoranda olan zaman tanışları ilə spirtli içki qəbul edib. Bir az sonra tanışı Elman onların masasına yaxınlaşıb. Yaxında əyləşən şəxslərlə əl verib salamlaşıb. Elman uzaqda əyləşdiyi üçün ona əl edərək salam verib.

Bu hərəkət Elmanın xoşuna gəlməyib və Naili söhbət etmək üçün restoranın həyətinə çağırıb.

Nail mübahisə zamanı Elmanı vurub. Buna görə də ona xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Onlar sonradan barışıblar.

Məhkəmə bu əməlinə görə Naili 600 manat cərimə edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR