İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harri ailəsi ilə barışmaq istəyir

Böyük Britaniya şahzadəsi Harri bildirib ki, kral ailəsi ilə barışmaq istəyir, lakin atası III Karl onunla ünsiyyət qurmaqdan imtina edir.

Musavat.com xəbər verir ki, bu barədə o, “BBC News”a verdiyi müsahibədə danışıb.

Harri qeyd edib ki, kral “təhlükəsizlik məsələsinə görə” onunla danışmaq istəmir, lakin artıq mübahisə etmək istəmədiyini vurğulayıb.

Bu açıqlama şahzadənin Britaniyada özünün və ailəsinin təhlükəsizlik hüququ ilə bağlı apellyasiya məhkəməsində uduzmasından sonra verilib. Məhkəmə qərarı onun Birləşmiş Krallıqda daimi və rəsmi dövlət müdafiəsindən istifadə edə bilməyəcəyini təsdiqləyib.

“Mən bu gün ailəmi – həyat yoldaşımı və uşaqlarımı Böyük Britaniyaya qaytara biləcəyim bir dünya görə bilmirəm. Ailəmlə barışmaq istəyirəm. Davamlı münaqişənin heç bir mənası yoxdur. Həyat çox dəyərlidir.Təhlükəsizlik məsələsi həmişə bizim aramızda əsas maneə olub”, - deyə Harri bildirib.

Şahzadə Harri 2020-ci ildə kral ailəsindəki rəsmi vəzifələrindən imtina edib ABŞ-a köçdükdən sonra onun təhlükəsizlik statusu dəyişdirilib.O, məhkəmə yolu ilə bu qərarın ləğvini istəsə də, son instansiyada uduzub.

Şahzadəyə atası kraldan bu işə qarışmağı xahiş edib-etmədiyi barədə sual verildikdə belə deyib:

“Mən ondan müdaxilə etməsini xahiş etməmişəm. Sadəcə istəmişəm ki, bir kənara çəkilsin və ekspertlər öz işlərini görsünlər”.

O, təhlükəsizlik məsələsi ilə bağlı qərarverici prosesin “ən böyük qorxularını üzə çıxardığını” deyib və vurğulayıb ki, təhlükəsizliyi ilə bağlı qərar hər gün ona təsir edir:

“Mən yalnız kral ailəsi tərəfindən dəvət aldığım halda Britaniyaya qayıda bilərəm, çünki bu cür rəsmi dəvət mənə kifayət qədər təhlükəsizlik tədbirləri təmin edir”.

Harri müsahibəsində barışıq mesajı versə də, həm şəxsi, həm də hüquqi səviyyədə yaşadığı narazılıqları və güvən böhranı yaşadığını açıq şəkildə dilə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR