İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio mayın 9-da Moskvaya gəlirmi, gəlmirmi? – Kremlin xəbəri yoxdur

ABŞ dövlət katibi Marko Rubionun 9 may bayramı ilə bağlı Moskvaya səfəri barədə Kremldə məlumat yoxdur. Musavat.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı məmurun mümkün səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Amerika mediası çox müxtəlif mesajlar verir. Bəzən heyrətlənirsən, bəzən nə danışdıqlarını başa düşə bilmirsən. Amma indiki halda məndə belə bir məlumat yoxdur", - Kreml sözçüsü bildirib.

Bundan əvvəl Moskvada keçirilən qələbə paradında yüksək rütbəli amerikalı məmurlardan birinin iştirakının mümkünlüyü məlum olub. “Zvezda” telekanalı o zaman xəbər vermişdi ki, sözügedən şəxs ABŞ dövlət katibi Marko Rubiodur.

Mayın 3-də Ukrayna prezidenti Vladimir Zelenski isə dünya liderlərinə 9 mayın Rusiyada təhlükəli gün ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Kiyev Moskvada qələbə paradına planlaşdırılan səfərlər zamanı digər ölkələrin nümayəndələrinin təhlükəsizliyinə zəmanət verməkdən imtina edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR