İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm xəbəri yayılan Həsən Nəsrullah kimdir? - DOSYE

İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli İranın Tasnim xəbər agentliyi, İsrailin Beyruta endirdiyi zərbədən sonra Hizbullahın baş katibi Həsən Nəsrullahın sağ olduğunu iddia edən bəyanat yayıb. Lakin bundan bir neçə dəqiqə sonra həmin bəyanatı geri götürüb.

Musavat.com xəbər verir ki, bir çox iranyönlü mediada Nəsrullahın şəhid olduğu bildirilir.

Seyyid Həsən Nəsrullah dünya gündəmini yaxından izləyən şəxslərin sosial mediada maraqlandığı və araşdırdığı siyasi adlar arasındadır.

Əsasən də bu gün İsrailin Livanın paytaxtı Beyrutda yerləşən, Hizbullaha aid olduğu ehtimal edilən qərargahların vurulmasından sonra insanlar Hizbullah təşkilatının lideri Həsən Nəsrullahın həyatı və karyerası ilə bağlı məlumatları araşdırmağa başlayıb.

Həsən Nəsrullah kimdir?

Həsən Nəsrullah 30 avqust 1960-cı ildə Beyrutun şimal-şərqindəki Burc Hamudda anadan olub. O, Livandakı Hizbullah təşkilatının baş katibidir.

News24.az NTV-yə istinadən xəbər verir ki, Nəsrullah 1975-ci ildə Livanda vətəndaş müharibəsi zamanı ailəsinin doğulduğu şəhər olan ölkənin cənubundakı Əl Bazuriya kəndinə qaçıb. Orada Şiə Əməl Hərəkatına qoşulub.

İraqda şiə təhsili alıb. Daha sonra Livana qayıdıb və Əməl Hərəkatının lideri Abbas Musəvinin yaratdığı məktəbdə təhsil alıb.

1982-ci ildə İsrail Livanı işğal etdikdən sonra o, Hizbullah təşkilatına qoşulub və həyatını İsraili Livandan çıxarmaq məqsədinə həsr edib.

O, 1992-ci ildə Abbas Musəvinin İsrail tərəfindən öldürülməsindən sonra Hizbullahın baş katibi seçilib.

14 iyul 2006-cı ildə Livan müharibəsi zamanı Həsən Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofis İsrail tərəfindən atılan bombalar nəticəsində dağıdılmışdı.

Lakin Həsən Nəsrullah sağ-salamat qaça bilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR