Onlayn ictimai-siyasi qəzet
Rusiya generalı Yaroslav Moskalik Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində həlak olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, fövqəladə hadisə səhər saat 10:40 radələrində baş verib - partlayış hərbçinin evin yaxınlığında dayanmış "Volkswagen Golf" markalı avtomobilin yanından keçərkən baş verib.
Partlayış dalğası Moskaliki bir neçə metr kənara atıb. O, hadisə yerində dünyasını dəyişib. Hadisə yerindən çəkilmiş fotoşəkillərə əsasən, avtomobilin içərisində zərbə elementləri olan əldəqayırma partlayıcı qurğu olub.
Moskalikin 59 yaşı var idi. 2021-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının baş əməliyyat idarəsinin rəis müavini vəzifəsini tutub.
Nə Müdafiə Nazirliyindən, nə də istintaqdan hələlik rəsmi şərh yoxdur. Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ