Onlayn ictimai-siyasi qəzet
“Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib. Ərdoğan Türkiyə ilə Pakistan arasındakı əməkdaşlığın bölgədə sülh və sabitliyə mühüm töhfələr verdiyini bildirib: “Demək olar ki, hər mövzuda Pakistanla tam uyğunluq içində hərəkət etdiyimizi görməkdən məmnunuq. Bundan sonra Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri əməkdaşlıq istiqamətində önəmli addımlar atacaq”.
Amma Ərdoğan birgə yeni addımların nədən ibarət olacağının təfərrüatlarını açıqlamayıb.
Azərbaycan, Türkiyə və Pakistan sıx ikitərəfli münasibətlər qurduğu kimi, üçtərəfli platformada da əməkdaşlığı genişləndirirlər. Bu baxımdan dost ölkələrin beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusi diqqət çəkir. Hər üç ölkə beynəlxalq tədbirlərdə koordinasiyalı fəaliyyət ortaya qoyaraq bir-birinin təşəbbüslərinə və haqlı mövqelərinə dəstək nümayiş etdirirlər.
Hərbi sahədə əməkdaşlıq Azərbaycan, Türkiyə və Pakistan münasibətlərində xüsusi yer tutur. Həm Pakistan, həm də Türkiyə güclü hərbi sənaye qurublar. Pakistan və Türkiyə arasında sıx hərbi əməkdaşlıq mövcuddur. Azərbaycan da özünün müdafiə sənayesini uğurla inkişaf etdirir. Hazırda Türkiyənin və Pakistanın ayrı-ayrı hərbi texnikaları Ordumuzun silahlanmasına cəlb olunub. Paralel şəkildə, birgə istehsalatların yaradılması istiqamətində iş aparılır. Üç dost ölkənin hərbi təlimlərdə bir araya gəlmələri də diqqətəlayiq haldır.
Pakistan qüvvələri Hindistanın sərhəd məntəqələrini atəşə tutub. Atışma nəzarət xətti boyunca bir neçə nəzarət-buraxılış məntəqəsinə təsir edib. Hindistan ordusu da cavab atəşi açıb.
Musavat.com xarici mediaya (“News18”) istinadla xəbər verir ki, tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Eyni zamanda, Cammu və Kəşmirin Bandipora bölgəsində atışma xəbərləri var. Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.
Bundan əvvəl Pakistan hakimiyyəti Kəşmirdə turistlərə qarşı son hücumla bağlı Hindistanın hərəkətlərinə cavab verəcəklərini bildirmişdi. Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ