Onlayn ictimai-siyasi qəzet
Rusiya paytaxtı Moskvada yaşayış binası yaxınlığında güclü partlayış baş verib. Partlayışa məruz qalan avtomobil daha sonra yanaraq tamamilə yanıb.
Musavat.com Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi, yəni planlaşdırılmış sui-qəsd ola biləcəyi ehtimal olunur.
Partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin müavini Yaroslav Moskalik həyatını itirib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və ekspert qrupları araşdırma aparır. Təhlükəsizlik tədbirləri gücləndirilib və rəsmi orqanlar əlavə məlumatın veriləcəyini bildiriblər.
Musavat.com görüntüləri təqdim edir:
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ