Onlayn ictimai-siyasi qəzet
Cənubi Asiyada gərginlik artır və bu dəfə xəbərdarlıq birbaşa nüvə müharibəsi riski ilə bağlıdır.
Musavat.com xəbər verir ki, Pakistanın Müdafiə Naziri Xavadja Asif “Al Jazeera” telekanalına açıqlamasında Hindistanla gərgin münasibətlərə toxunaraq beynəlxalq ictimaiyyəti xəbərdar edib.
“Dünya ictimaiyyəti bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Bu münaqişə nüvə qarşıdurmasına çevrilə bilər. Hər iki ölkə – həm Pakistan, həm də Hindistan – nüvə dövlətləridir”, – deyə Asif bildirib.
Nazirin bu açıqlaması regionda sülhün taleyinin ciddi təhlükə altında olduğunu bir daha gündəmə gətirib.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ