İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə silahları ilə bağlı YENİ AÇIQLAMA - 2026-cı ilə qədər...

ABŞ-dan nüvə silahı imkanları ilə bağlı yeni açıqlama gəlib.

Musavat.com xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təkmil nüvə silahı imkanları sayəsində Rusiya və Çini çəkindirmək üçün ABŞ-ın daha çox nüvə silahına ehtiyacı olmadığını bildirib.

“Rusiya və Çini çəkindirmək üçün daha çox nüvə silahına ehtiyac yoxdur” - ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri deyib.

647a645b4e3fe01600cb8011.jpg (34 KB)

Sallivan, həmçinin Vaşinqtonun ABŞ və Rusiya arasında nüvə silahlarının yayılmasının azaldılması üçün 2010-cu ildə imzalanmış Yeni START sazişində müəyyən edilmiş strateji nüvə silahlarına dair məhdudiyyətlərə 2026-cı ildə sazişin müddəti bitənə qədər riayət edəcəyini qeyd edib və həm Moskva, həm də Pekin ilə silahlara nəzarətlə  bağlı danışıqlara hazır olduqlarını bildirib. aparılıb.

Digər tərəfdən, Çin Tayvanın nüvə silahı potensialını inkişaf etdirməsi səbəbindən ABŞ ilə gərginlik yaşayır və Vaşinqtonun münaqişə riskini azaltmaq çağırışlarını rədd edir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR