Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri İsrael Katza Qəzza zolağından yəhudi dövlətinə atılan raketlərə qətiyyətlə cavab verməyi əmr edib.
“Report” xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
“Baş nazir sərt cavab göstərişi verib və İsrail ordusunun HƏMAS hərəkatına qarşı Qəzza zolağında intensiv əməliyyatlarının davam etdirilməsini təsdiqləyib”, - məlumatda bildirilir.
Dəftərxana aydınlaşdırıb ki, Netanyahu aprelin 7-də Prezident Donald Trampla danışıqlar aparacağı ABŞ-yə gedərkən təyyarədən Katza zəng edib. Söhbət zamanı müdafiə naziri kabinet rəhbərini İsrailə raket hücumu barədə məlumatlandırıb.
09 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ