Onlayn ictimai-siyasi qəzet
"İki dəfə sertifikasiyadan keçməyən müəllimin mənəvi haqqı yoxdur ki, məktəbdə dərs desin".
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, savadı olmayan müəllim məktəbdə dərs deməməlidir:
"Biz həmişə dövləti qınaya bilmərik ki, bu şəxsə saxta diplom verilib. Axı o diplomu alanda atası, anası yanında olub. Bütün qonşular, məktəb bilir ki, bu adamın savadı yerində deyil. Əgər məsələyə bizim yox, nazirliyin işi kimi baxsaq, heç bir nəticə olmayacaq. Bu, hamımızın işidir. Məktəbdə olan savadsız müəllim bütün cəmiyyətin problemidir. Tək mənim problemim deyil. Ona görə də mənim gözləntim odur ki, cəmiyyət olaraq burada ortaya bir yanaşma qoyaq. Savadsız müəllimin məktəbdə müəllim kimi işi yoxdur".
O qeyd edib ki, savadsız müəllimlərin məktəbdə işləməyə mənəvi haqqı yoxdur:
"Məsələ bu qədər sadədir. Mənim əsas məqsədim budur ki, bu adamlar məktəbdə dərs deməsin. İki dəfə sertifikasiyadan keçməyən müəllimin mənəvi haqqı yoxdur ki, məktəbdə dərs desin. Bizim də mənəvi haqqımız yoxdur ki, ona imkan verək ki, o uşağa dərs desin. O adama yazığımız gəlsin? Mənim daha çox uşaqlara yazığım gəlir, nəinki həmin adamlara".
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ