İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının tərəfdaşları Rusiya baş nazirinin müavininin ağlasığmaz sərvətini üzə çıxardı

Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərəfdaşları Rusiya hökumətinin baş nazirinin müavini Tatyana Qolikovanın ailəsinin daşınmaz əmlakı və aktivləri haqqında araşdırma yazı dərc edib və videosüjet yayımlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasına görə, Qolikova və onun əri, Sənaye və Ticarət Nazirliyinin keçmiş rəhbəri Viktor Xristenko həm Rusiyada, həm də xaricdə çoxlu sayda bahalı daşınmaz əmlaka sahibdirlər.

Araşdırmaçılar ailə aktivlərinin ümumi məbləğini 50 milyard rubl (təqribən 826 milyon 500 min dollar) qiymətləndiriblər. Onlar əvvəllər səhiyyə naziri vəzifəsini tutan Qolikovanın hazırda Rusiya hökumətində sosial siyasətə nəzarət həyata keçirdiyinə və digər məsələlərlə yanaşı, koronavirus infeksiyası ilə mübarizə üzrə Əməliyyat Qərargahına rəhbərlik etdiyinə diqqət çəkiblər. Navalnının tərəfdaşları hesab edirlər ki, Qolikova öz vəzifə və səlahiyyətlərindən ancaq varlanmaq üçün istifadə edib.

Qolikova və Xristenkonun Moskva vilayətindəki evi istintaqda 500 milyon rubl olaraq qiymətləndirilib.

Yeni videonun əhəmiyyətli hissəsi Viktor Xristenkonun birinci evliliyindən olan oğlu, iş adamı Vladimir Xristenkoya həsr olunub. O, digərləri ilə yanaşı, peyvəndlər istehsal edən “Nanolek” əczaçılıq şirkətinin prezidentidir. İddia olunur ki, şirkətə dövlət sifarişi almağa məhz Qolikovanın himayədarlığı şərait yaradıb. Kiçik Xristenkonun şirkətləri, həmçinin "Sputnik V" peyvəndinin ən böyük istehsalçısı olan “Generium” şirkəti ilə də bağlıdır.

İstintaq həmçinin Xristenko ailəsinə məxsus qolf klublarından da bəhs edir. Onlardan biri İspaniyada yerləşir. Həmçinin, Xristenkonun İspaniya və Portuqaliyada dəbdəbəli villaları, Fransada otelləri, Moskvada daşınmaz əmlakları olduğu iddia edilir. Ailənin şəxsi təyyarəsi də olduğu bildirilir. Müəlliflər Qolikova və ailəsini Qərbdə mülkiyyətdən istifadə etmək imkanından məhrum etmək üçün Avropa Birliyini onlara qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR