İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən sürücü ifşa olundu

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində BMW markalı avtomobilin sürücüsü Bəybala Camalov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Camalovun narkotik vasitə qəbul etməsi aşkarlanıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR