İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Valideynlərin evdə tək buraxdığı 4 uşaq yanaraq öldü

Rusiyanın Çelyabinsk vilayətinin Vasilovka kəndində fərdi yaşayış evində yanğın baş verib, qonşu tikililəri bürüyüb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, faciə valideyn nəzarəti olmadan evdə qalan 4 uşağın ölümü ilə nəticələnib.

Xilasedicilər hadisə yerinə gəlsələr də, faciənin qarşısını ala bilməyiblər.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin görə, yanğınsöndürmə bölmələri gecə saatlarında Yuryuzan şəhərinə, Vasilovka kəndinə göndərilib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının fərdi yaşayış binasını bürüdüyünü və yardımçı tikililərə, eləcə də qonşu evin damına keçdiyini müəyyən ediblər.

Bu hadisə nəticəsində dörd uşaq ölüb: 12 yaşlı qız, 7 yaşlı oğlan, 5 yaşında əkiz uşaqlar.

İdarənin Telegram kanalında yerləşdirilən məlumata əsasən, faciə zamanı uşaqlar evdə valideynsiz olublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR