Onlayn ictimai-siyasi qəzet
Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, aprelin 19-da saat 22 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Niva” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Orxan İsayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ