Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin “Pasxa sülhü” barədə bəyanatına cavab verib. O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanından aldığı son hesabatdan sonra sərt açıqlama ilə çıxış edib.
Zelenskinin sözlərinə görə, son günlər döyüşlərin bir qədər səngiməsi yalnız bir səbəbdən – Putinin öz əmrini yumşaltmasından qaynaqlanır. “Əgər indi zərbələr və qırğınlar azalıbsa, bu, yalnız Putinin göstərişi ilə olub. Demək ki, müharibənin və onun bu qədər uzanmasının yeganə mənbəyi də Rusiyadır”, – deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, Putin Pasxa münasibəti ilə bəzi cəbhələrdə döyüşlərin dayandırılmasına dair görüntü yaratsa da, bu, Rusiya ərazisindəki Kursk və Belqorod bölgələrinə şamil olunmur. Həmin ərazilərdə hələ də aktiv döyüşlər davam edir.
“Cəbhənin bir hissəsində rus artilleriyası susmur, Rusiya dronları hələ də istifadə olunur. Bəzi istiqamətlərdə nisbi sakitlik var. Amma əsl sükut hələ yoxdur”, – deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, Rusiya tərəfindən real atəşkəs baş verərsə, Ukrayna da bu addımlara güzgü effekti ilə cavab verəcək.
Zelenskinin bu açıqlaması Rusiyanın “sülh jestlərinin” əslində necə riyakar şəkildə həyata keçirildiyini bir daha ortaya qoyur.
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ