Onlayn ictimai-siyasi qəzet
Musavat.com Reuters-ə istinadla xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqton başda olmaqla bir sıra şəhərlərdə minlərlə insan küçələrə axışaraq prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyaları keçirib.
Etirazçıların əsas narazılıq mövzuları arasında Trampın deportasiya siyasəti, hökumət qurumlarında həyata keçirdiyi kadr dəyişiklikləri, həmçinin Qəzza və Ukraynadakı müharibələrlə bağlı mövqeyi yer alır.
Aksiyanın mərkəzində – Ağ Evin qarşısında toplaşan etirazçılar əllərində Fələstin bayraqları və “Free Palestine” şüarları olan plakatlar daşıyıb, başlarında isə simvolik kefiyyələr olub. Eyni zamanda, bir çox iştirakçı Ukrayna rəmzlərini nümayiş etdirərək Vaşinqtonu Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmağa çağırıblar.
Aksiya iştirakçıları ABŞ-ın həm beynəlxalq siyasətdə, həm də daxildə insan haqları və demokratiya prinsiplərinə uyğun hərəkət etməsini tələb ediblər.
Musavat.com xatırladır ki, prezident Tramp bu günlərdə yeni miqrasiya direktivləri və təhlükəsizlik qərarları ilə gündəmdədir.
Xəbərin orijinalı bu linkdə: https://www.reuters.com/world/us/thousands-protesters-rally-against-trump-across-us-2025-04-19/
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ