Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri qlobal iqtisadiyyata mənfi təsir göstərib və onun artım tempinin yavaşlamasına səbəb olub.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bunu aprelin 19-da Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva deyib:
"Bizim yeni artım proqnozlarımız əhəmiyyətli enişləri əhatə edəcək, lakin tənəzzül olmayacaq. Həmçinin bəzi ölkələr üçün inflyasiya prosesində artım görəcəyik. Biz xəbərdarlıq edirik ki, uzun müddət davam edən yüksək qeyri-müəyyənlik maliyyə bazarında stress riskini artırır".
Agentlik xəbərdarlıq edir ki, Tramp bütün dünyaya ticarət müharibəsi elan etdikdən sonra qlobal iqtisadiyyatın başı üzərində buludlar toplaşıb və onların tezliklə dağılacağı ehtimalı azdır. Qlobal iqtisadiyyat Vaşinqtonun tarif siyasətinin yaratdığı ilk şok dalğalarını yaşamaq üzrədir. Agentlik hesab edir ki, bu səbəbdən BVF gələn çərşənbə axşamı qlobal proqnozun pisləşməsini elan edə bilər.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ