Onlayn ictimai-siyasi qəzet
Türkiyədə mikroavtobus və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı 10 nəfər yaralanıb.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, hadisə ölkənin Kastamonu şəhərində baş verib.
Mikroavtobus qarşı zolaqda hərəkət edən yük maşını ilə toqquşub. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların durumlarının necə olduğu bilinmir.
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ