İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadılıb

Moldova Ukraynadakı müharibə ilə əlaqədar fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.

AZƏRTAC xəbər verir ki, bu Moldova hökumətinin müraciəti əsasında parlamentin oktyabrın 6-da keçirilən iclasında qəbul edilib.

Hakim Fəaliyyət və Həmrəylik Partiyasının 53 deputatı fövqəladə vəziyyət rejiminin oktyabrın 7-dən uzadılmasına səs verib.

Baş nazir Natalia Qavrylitsa fövqəladə vəziyyətin uzadılması zərurətini Ukraynada davam edən müharibə, enerji böhranı və Rusiyada elan edilən səfərbərliklə izah edib. Onun sözlərinə görə, müharibə başlayandan bəri sərhədçilər Moldova sərhədini qanunsuz keçmək üçün 2000-dən çox cəhdin qarşısını alıblar.

“Bizim üçün fövqəladə vəziyyətin saxlanması vacibdir, çünki biz Rusiyada səfərbərlik risklərini və digər ölkələrdə baş verənləri görürük. Qeyri-qanuni sərhəd keçidlərinə qarşı mübarizəni davam etdirə bilməyimiz üçün operativ müdaxilə mexanizmlərini saxlamaq vacibdir”, - deyə Qavrilitsa əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR