Onlayn ictimai-siyasi qəzet
"Moldova seçkilərin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər".
Musavat.com bildirir ki, bu sözləri Moldova parlamentinin üzvü Vitali Jakot deyib.
"Azərbaycanda keçirilən seçkiləri artıq ikinci dəfədir müşahidə edirəm. Bundan əvvəl Azərbaycanda keçirilən prezident seçkilərini izləmişəm.
Seçkilər zamanı baş verən prosesləri, bütün incəlikləri və nüansları çox dərindən öyrənməyə çalışdım.
Monitorinq zamanı həm infrastruktur məsələlərinə, həm də məntəqə daxilindəki ab-havaya diqqət yetirdim. Eyni zamanda məni seçicilərin məlumatlılığı da maraqlandırırdı.
Seçki məntəqələrində səsvermə prosesi son dərəcə şəffaf keçib, seçicilər konstruktiv dialoqa açıq olub. Hər şey çox yaxşı planlaşdırılmış və təşkil olunmuşdu. Bu seçkilərlə bağlı bütün gözləntilərim özünü doğrultdu”, - deyə moldovalı deputat qeyd edib.
Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ