Onlayn ictimai-siyasi qəzet
BMT Baş Assambleyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya Federativ Respublikasının XİN rəhbəri Annalena Berbok ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata əsasən, tərəflər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri, ikitərəfli gündəliyi, Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsini və regional mövzuları müzakirə ediblər.
Müzakirə mövzularından biri də Azərbaycan-Ermənistan münasibətləri olub. Ararat Mirzoyanın iddiasına görə, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var, onun həyata keçirilməsi güclü siyasi iradə tələb edir.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ