İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin İntizam komissiyasının üzvləri təsdiqləndi - siyahı

Parlamentin yaz sessiyasının ilk sessiyasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi qəbul edildi. Bununla da Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırıldı.

Musavat.com bildirir ki, İntizam komissiyasının üzvləri aşağıdakı deputatlardan ibarətdir: Ağamalı Fəzail Rəhim oğlu, Həsənov Nurlan Urfan oğlu, Həsənova Afət Əbil qızı, İbrahimqızı Məlahət İbrahim qızı, İbrahimov Eldar Rza oğlu, Məhəməliyev Nəsib Məhəmməd oğlu, Məmmədov Hikmət Baba oğlu, Məmmədov Məşhur Şahbaz oğlu, Möhbalıyev Səttar Suliddin oğlu, Musayev Madər Əliəsgər oğlu, Səfərov Nizami Abdulla oğlu.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Prosedura uyğun olaraq yenidən formalaşdırılan İntizam komissiyasının üzvləri növbəti mərhələdə özlərinə sədr seçəcəklər. Bundan əvvəlki eyni tərkibdə İntizam komissiyasının sədri Eldar İbrahimov idi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR