İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə əmanətlərə vergi güzəştinin uzadılması təklif olundu

Milli Məclisin 2023-cü il yaz sessiyasının bu günki ilk iclasında fiziki şəxslərin banklarda olan əmanətər üzrə gəlirin vergidən azad olunması müddətinin uzadılmasını təklif edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov çıxış edərəj bildirib ki, əmanətlərin 7 il gəlir vergisindən azad edilməsi banklara daha çox depozit cəlb edilməsinə imkan yaradıb: "Doğrudur bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manata yüksəldi. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 %-dən çox artıb. Bu artımlarda 2017-ci ildən sonra əldə edilmiş maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır.

Bununla yanaşı, onun sözlərinə görə, vergi güzəştinin uzadılmaması əmanətlərin məbləğinə və xüsusən də valyuta strukturuna mənfi təsir göstərə bilər: "Bu milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18 % idisə, indi bu rəqəm 61 %-ə yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artıb.

O baxımdan, deputat təklif edib ki, daha məqsədə uyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-cü ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR