Onlayn ictimai-siyasi qəzet
Teatr sənəti üzrə tanınmış pedaqoqlar və aktyorlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.
Ustad dərsləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın Aleksandrinski Teatrı (Sankt-Peterburq), Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsi çərçivəsində reallaşacaq.
Layihə RF Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi ilə keçirilir.
Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə əyani üçgünlük intensiv proqramdan ibarətdir. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri SDU və RDSSİ-nin müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən aparılacaq.
“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı üzrə 35 dinləyici nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib şəhadətnamə alcaqlar.
“Müasir kontekstdə fəaliyyət” proqramında isə 25 dinləyici nəzəriyyəni öyrənəcək və praktik məşğələlərdə iştirak edəcək. Yekunda onlara proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr təqdim olunacaq.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ