İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mikrosoft"da evdən işləməyə necə baxırlar?

İşçilər ofisdən kənarda, yəni məsafədən işləməyin yetərincə məhsuldar olduğunu iddia edir, rəhbər şəxslər isə əksini düşünürlər. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Microsoft” şirkətinin öz əməkdaşları arasında keçirdiyi sorğu göstərib.

Sorğu “Microsoft”un 11 ölkədə çalışan 20 min əməkdaşı arasında keçirilib.

İşçilərin 87 faizi ofisdən kənarda daha məhsuldar işlədiyini iddia edib. Rəhbər şəxslərin 80 faizi isə bu fikirlə razılaşmayıb. Aydın olub ki, “Microsoft”da hər beş rəhbər şəxsdən dördü məsafədən çalışan əməkdaşların məhsuldarlığı sarıdan narahatdır.

“Microsoft”un icraçı direktoru Satya Nadella mediaya açıqlamasında vurğulayıb ki, sorğunun nəticələri işçilərin hiss etdiyi ilə rəhbər şəxslərin gözləntisi arasında kəskin fərq olduğunu göstərir.

Eyni zamanda pandemiyanın məsafədən iş sistemini artıq xeyli dərəcədə oturuşmuş bir sistemə çevirdiyini, buna alışmaq lazım gəldiyini deyən Satya Nadella deyib ki, iş rejiminin tam şəkildə pandemiyaya qədərki formaya qayıtmayacağı reallığını hamı qəbul etməlidir.

“Microsoft”un tabeliyində fəaliyyət göstərən “Linkedin” şirkətinin rəhbəri Rayan Roslanski qeyd edib ki, 2020-ci ilin martına, yəni pandemiyaya qədər “Linkedin” platformasında yerləşdirilmiş 15 milyon iş yeri elanının yalnız 2 faizində məsafədən işləmək təklif olunurdu.

Hazırda “Microsoft” şirkəti öz əməkdaşlarına iş vaxtının yarısını evdən işləmək imkanı verir.

“Apple”şirkəti öz əməkdaşlarını həftədə üç dəfə işə çağırır.

“Tesla” şirkətinin sahibi İlon Mask isə əməkdaşlardan həftədə 40 saat ofisdən işləməyi tələb edir. O, “Tesla”nın əməkdaşlarına elektron poçt vasitəsilə göndərdiyi məktubda yazıb: “İşə gəlməməyiniz istefa verdiyiniz anlamına gələcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR