İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli qızı zorlayan qatillərin intihar etdiyi məlum olub

Qırğızıstanda məktəbli qızı zorlayıb öldürməkdə şübhəli bilinən və meyitləri Oşdakı istintaq təcridxanasında tapılan şəxslərin işi ilə bağlı təfərrüatlar məlum olub.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, ölkənin Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, ötən il dekabrın 4-də Oş şəhərindəki istintaq təcridxanasının kamerasında cəsədləri tapılan gənclərin intihar etdiyi təsdiqlənib.

Şübhəli şəxslər Kadamcay rayonunda  məktəbli qızı zorlayıb öldürməkdə təqsirləndirilirdilər. 

“Onlar xüsusu rejmli obyektin kamerasında özlərini asıblar. Fakt təcridxana rəhbərliyi tərəfindən qeydə alınıb və dəqiqləşdirmələr aparılırb. Təcridxana əməkdaşlarının səhlənkarlığı faktı üzrə materiallar da xüsusi prokurorluqda qeydiyyata alınıb.

İlkin məlumata görə, təqsirləndirilən şəxslərin meyitlərində xəsarət olmayıb. Üçüncü, azyaşlı müttəhim Cəlalabad rayonundakı mühafizə müəssisəsində, dördüncüsü isə cənub paytaxtının 5 saylı istintaq təcridxanasında saxlanılır”, - deyə mətbuat xidmətindən bildirliib.

Xatırladaq ki, Kadamcay rayonunun bir neçə sakini məktəbli qızı zorlayıb öldürməkdə şübhəli bilinir. Cəsədin Nuqardan kəndi yaxınlığındakı tuneldə tapılması barədə yerli sakinlər polisə məlumat veriblər.

Qızın bədənində zorakı ölüm əlamətləri olub. Onu boğub, əllərini bağlayıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR