İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehmet Şimşək: "Doğru yoldayıq"

Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək ölkə əhalisini səbirli olmağa çağırıb. O, Türkiyədə may seçkilərindən sonra yürüdülməyə başlayan iqtisadi siyasətin müsbət nəticə verəcəyinə əmin olduğunu deyib.

“Financial Times”a danışan qardaş ölkə naziri bildirib ki, bir neçə illik qeyri-ənənəvi iqtisadi siyasətdən sonra "iqtisadiyyatı yenidən tarazlaşdırmağa və daxili tələbi yumşaltmağa" çalışır.

Şimşək bəyan edib ki, hazırda yürüdülən siyasəti prezident Rəcəb Tayyib Ərdoğan tam dəstəkləyir: "Doğru yoldayıq. Güvənin geri döndüyünə dair güclü dəlillər var. Ancaq səbirli olmalıyıq, hələ də asan deyil".

Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyinin rəhbəri məlumat vermişdi ki, hakimiyyət kredit siyasətini sərtləşdirmək və əhaliyə verilən kreditlərin həcmini məhdudlaşdırmaq niyyətindədir. O, hökumətin daşınmaz əmlak kreditlərinin verilməsini daha ciddi tənzimləmək və avtomobil kreditlərinin verilməsini məhdudlaşdırmaq niyyətində olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR