İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmədən Əli İnsanovla bağlı gözlənilməz qərar

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun üzərindən məhkumluğunun götürülməsi ilə bağlı müraciətinə baxılıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi keçmiş səhiyyə nazirinin müraciətini təmin edib.

Hakim Vüsal Tağıyevin qərarı ilə Əli İnsanovun məhkumluğu üzərindən götürülüb.

Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə az vaxt qalmış ona əlavə ittiham verilmişdi. Eks-nazirə 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Prezidentin 2019-cu ildə imzaladığı Əfv Sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR