İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Paşinyana nə deyib - DETALLAR

Fransa prezidenti Emmanuel Makron dünən Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Makron və Paşinyan “Azərbaycanla sülh razılaşmasının əldə olunmasının zəruriliyini” müzakirə edib.

Bu barədə Yelisey sarayının bəyanatında deyilir.

Qeyd olunduğu kimi, Makron Ermənistan və Azərbaycan arasında “mümkün qədər tez” sülh müqaviləsinin “bütün region xalqlarının maraqlarına uyğun” imzalanmasına çağırıb.

O, həmçinin “Fransanın Ermənistanın suverenliyini və ərazi bütövlüyünü və erməni xalqının sülh və demokratiya istəyini dəstəkləməkdə qətiyyətini bir daha təsdiqləyib”.

“Bu kontekstdə o, beynəlxalq hüquq normalarına və regionun bütün xalqlarının maraqlarına uyğun olaraq tezliklə sülh müqaviləsinə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycan arasında aparılan müzakirələrə sadiqliyini bir daha təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Makron və Paşinyan həmçinin “Fransa və Ermənistan arasında ikitərəfli əməkdaşlığı gücləndirməyə davam etmək barədə razılığa gəliblər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR