Onlayn ictimai-siyasi qəzet
“Macarıstan Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər”.
Musavat.com bildirir ki, bunu bu gün, sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq konfransında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
“Dünyada baş verənlər həqiqətən də həyəcanverici və narahatedicidir: bütün siyasi hərəkatlar dünyanın yenidən müxtəlif bloklara bölündüyünü göstərir. Macarıstan belə bir dünya nizamına qarşı çıxır və Şərqlə Qərb arasında əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasının tərəfdarıdır. Ölkəmiz Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsində belə bir rol oynaya bilər. Çünki biz bu münaqişədə hər iki tərəflə hər iki halda qarşılıqlı hörmət əsasında danışa bilərik”, - deyə nazir bildirib və sülh sazişinin məhz paytaxt Budapeştdə imzalana biləcəyini deyib.
Musavat.com
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ