İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub

Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub, çünki sənəd layihəsi Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planının tanınmasını nəzərdə tuturdu.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Strasburqda Avropa Şurasının iclasında iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Bu gün Şura yalnız prezident Zelenskinin sülh planını nəzərdən keçirilməli və dəstəklənməli olan sülh formulu kimi tanıyan qətnamə qəbul etmək istədi. Bu, bizim üçün qəbuledilməzdir. Digərləri də Ukrayna prezidentininkindən pis olmayan sülh planları hazırlayıblar”, - XİN rəhbəri sosial şəbəkədəki səhifəsində yazıb.

“Mən xahiş etdim ki, digər sülh planları da Avropa Şurasının qətnaməsinə salınsın. Bu təklif əksəriyyət tərəfindən rədd edildi. Buna görə də mən qətnaməyə veto qoydum, ona görə də Şuranın qərarı olmadı”, - deyə Siyarto bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Dekabr 2024

30 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR