İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda sakinlərlə Almaniya səfirliyinin əməkdaşları arasında mübahisə olub, xəsarət alanlar var

Ermənistanın paytaxtı İrəvanda Almaniya Səfirliyinin əməkdaşları ilə mübahisə edən vətəndaşlar polislər tərəfindən döyülüb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülən 62 yaşlı E.Q. xəstəxanaya yerləşdirilib. Hadisə zamanı habelə 60 və 48 yaşlı şəxslər xəsarət alıblar. Onların İrəvan sakinləri olduqları bildirilir.

Zərərçəkənlərdən biri polisə bildirib ki, növbətçilik qaydasının pozulması ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən səfirlik əməkdaşları onlara qarşı hörmətsizlik edib. Onlar bundan sonra polisə zəng ediblər. Əraziyə gələn post-patrul əməkdaşları isə sakinlərə qarşı güc tətbiq ediblər və əlləri qandallı vəziyyətdə polis şöbəsinə aparıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR