Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə instaqram səhifəsində təbrik mesajı paylaşıb.
Musavat.com xəbər verir ki, paylaşımda Mehriban xanım Əliyeva öz səmimi arzularını belə ifadə edib:
"Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN."
Bu səmimi təbrik mesajı qısa müddət ərzində sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və minlərlə istifadəçi tərəfindən bəyənilib. Azərbaycanlılar Birinci vitse-prezidentin xoş arzularını yüksək dəyərləndirərək ona da yeni ildə uğurlar və cansağlığı arzu ediblər.
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ